Xalq artisti Şükufə Yusupovanın son durumu açıqlandı Mədəniyyət

Xalq artisti Şükufə Yusupovanın son durumu açıqlandı

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin üzvü, Xalq artisti Şükufə Yusupovanın vəziyyəti ağır olaraq qalır.

Bu barədə TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, 1954-cü il təvəllüdlü pasiyentin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Ş.Yusupova avqustun 21-də yol qəzası keçirib.