15:27
805
“Prezident İlham Əliyevin Özbəkistana səfərini yalnız Azərbaycan–Özbəkistan münasibətləri çərçivəsində qiymətləndirmək düzgün olmaz. Bu səfər Azərbaycanın Mərkəzi Asiyaya yönəlmiş xarici siyasətinin və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi əhəmiyyət daşıyır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Elman Telmanoğlu deyib.
E.Telmanoğlu qeyd edib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlərin artıq strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsi Bakı–Daşkənd əlaqələrinin regional siyasətdə xüsusi çəkisini artırır: “Eyni zamanda, iki ölkənin siyasi mövqelərinin yaxınlığı Xəzər hövzəsi, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında daha sıx geosiyasi və iqtisadi əlaqələrin formalaşmasına imkan yaradır”.
Politoloqun fikirlərinə görə, region üçün əsas perspektivlərdən biri Azərbaycanın Cənubi Qafqazla Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika bağlantısına çevrilməsidir: “Orta Dəhlizin inkişafı, Xəzər üzərindən yükdaşımaların artırılması, nəqliyyat infrastrukturunun əlaqələndirilməsi, ticarət və investisiya imkanlarının genişləndirilməsi Bakı və Daşkənd üçün ortaq strateji maraqdır. Bu baxımdan səfər yalnız siyasi münasibətlərin deyil, həm də iqtisadi və nəqliyyat əməkdaşlığının yeni mərhələyə keçməsinə şərait yarada bilər. Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında bağlantı imkanlarının genişlənməsi onun regional tranzit və logistika rolunu daha da gücləndirəcək”.
Röya İsrafilova
16:11
322
16:10
336
15:37
441