ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
ABŞ və Kanada arasında ticarət tarifləri ilə bağlı razılaşma baş tutmayıb
İlham Əliyev Özbəkistanın "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif edildi
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:19
378
İngiltərənin “Mançester Siti” klubu Fransanın “Lill” komandasında çıxış edən 18 yaşlı yarımmüdafiəçi Əyyub Buaddinin transferi ilə bağlı razılığa gəlib.
Bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilib ki, İngiltərə təmsilçisi bu keçid üçün “Lill”ə 100 milyon avro və bonuslar ödəyəcək. Tərəflər arasında razılaşma əldə olunub. Buaddinin özü isə daha əvvəl “Mançester Siti” ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Əyyub Buaddi ötən mövsüm Fransa klubunun heyətində bütün turnirlərdə 42 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Lill”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Mərakeş millisinin də üzvü olan Buaddi 2026-cı il dünya çempionatında 5 qarşılaşmada meydana çıxıb. Mərakeş yığması turnirdə 1/4 finala qədər irəliləyib və bu mərhələdə Fransaya 0:2 hesabı ilə məğlub olub.
15:40
567
21 Avqust 16:00
1 323
20 Avqust 17:57
1 652