ABŞ və Kanada arasında ticarət tarifləri ilə bağlı razılaşma baş tutmayıb
İlham Əliyev Özbəkistanın "Ali Dostluq Dərəcəsi" ordeni ilə təltif edildi
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
“Mançester Siti” Buaddinin transferini razılaşdırdı – 100 milyon avro
16:00
462
Qazaxıstanda yeni birpalatalı parlamentə — Qurultaya keçirilən seçkilərdə saat 16:00-a olan seçici fəallığı 65,37 faizə çataraq 2023-cü ildəki göstəricini üstələyib.
Bu barədə Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Asel Janabilova keçirdiyi brifinqdə məlumat verib.
"Ölkə üzrə saat 16:00-dək 8 milyon 240 min 336 seçici bülleten alıb ki, bu da siyahıya daxil edilənlərin 65,37 faizini təşkil edir", - A.Janabilova bildirib.
Ən düşük fəallıq 36,65 faizlə Almatıda, ən yüksek göstərici isə 81,38 faizlə Qızılorda vilayətində qeydə alınıb. Paytaxt Astanada seçicilərin 46,38 faizi səs verib.
Qeyd edək ki, yeni konstitusiyaya əsasən iki palatalı parlament ləğv edilərək 145 deputatdan ibarət birpalatalı Qurultay yaradılıb. Seçkilərdə 7 partiya iştirak edir və seçki fəallığı üçün minimum hədd nəzərdə tutulmur.