15:25
630
“Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasında münasibətlərin gələcəyi baxımından mühüm hadisələrdən biridir. Bu səfər Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəsini bir daha nümayiş etdirməklə yanaşı, qarşılıqlı münasibətlərin gələcək inkişafı baxımından da böyük əhəmiyyət daşıyır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.
Onun sözlərinə görə, xüsusilə Prezident İlham Əliyevin Özbəkistanda Prezident Şavkat Mirziyoyev və digər yüksək səviyyəli dövlət rəsmiləri tərəfindən hava limanında təntənəli şəkildə qarşılanması Daşkəndin Azərbaycana verdiyi önəmin bariz göstəricisidir: “Bu, iki ölkə arasında mövcud olan yüksək siyasi etimadın və qardaşlıq münasibətlərinin daha bir nümayişidir. Hesab edirəm ki, Özbəkistan Azərbaycan üçün, Azərbaycan da Özbəkistan üçün strateji baxımdan olduqca əhəmiyyətli ölkələrdir. İki dövlət arasında münasibətlərin yüksək səviyyədə olması təkcə Bakı və Daşkənd üçün deyil, bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. Türkdilli dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin gücləndirilməsi hər bir ölkənin milli maraqlarına xidmət edir”.
C.Abbaslı əlavə edib ki, bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana bugünkü səfərinin əhəmiyyətini qarşıdakı dövrdə daha yaxından görəcəyik və onun nəticələrinin ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərində özünü göstərəcəyinin şahidi olacağıq: “Azərbaycan və Özbəkistan hazırda demək olar ki, bütün sahələr üzrə sıx əməkdaşlıq edir. İnanıram ki, bu səfərdən sonra həmin əməkdaşlıq daha da dərinləşəcək, yeni layihələr və təşəbbüslərlə zənginləşəcək. Bu isə həm iki ölkənin münasibətlərinin inkişafına, həm də Türk dünyasının birlik və inteqrasiya prosesinə mühüm töhfə verəcək”.
Röya İsrafilova
16:26
0
16:11
322
16:10
336