Milli Kitabxanada növbəti treninq Mədəniyyət

Milli Kitabxanada növbəti treninq

Martın 2-də Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Milli Kitabxananın Treninq Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa Mərkəzi kitabxanalarının əməkdaşları üçün Corel Draw, Photoshop, Pinnacle Studio, Movavi Video Suite proqramlarının tədrisi məqsədilə treninqlərin açılışı olub.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov treninqi açaraq, informasiya texnologiyalarının kitabxanalara tətbiqinin vacibliyindən, bugünkü cəmiyyətdə kitabxanaların qarşısında duran vəzifələrdən, treninqdə tədris olunacaq proqramların kitabxana-informasiya xidmətinin təşkilində əhəmiyyətindən danışıb və mütəxəssislərə uğurlar arzulayıb. Daha sonra Milli Kitabxananın direktoru Kitabxananın trener müəllimlərini mütəxəssislərə təqdim edib. Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları və xidmət növləri ilə də əyani tanış olacaqlar. Treninqlər bir həftə davam edəcək. Sonda müdavimlərə sertifikatlar təqdim ediləcək.