İçərişəhərə həsr olunan poçt markası buraxılıb Mədəniyyət

İçərişəhərə həsr olunan poçt markası buraxılıb

İndoneziyada İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb. Poçt markası Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il fevral 27-də imzaladığı “İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyinin qeyd olunması haqqında” Sərəncamı çərçivəsində ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt Dövlət Şirkəti” tərəfindən nəşr edilib.
Poçt markasının üzərində “UNESCO-nun Ümumdünya İrsi - İçərişəhər – Bakının mirvarisi” (The Old City (Icheri Sheher – The Pearl of Baku. World Heritage Site by UNESCO) yazısı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğundan görüntüsü təsvir olunub. Səfirliklə “İndoneziya Poçt Dövlət Şirkəti” arasında əldə olunmuş razılığa əsasən, həmin marka iyun ayı ərzində ölkənin mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılıb.