“Nizami Gəncəvi ili”nə həsr olunan onlayn şeir müsabiqəsinə yekun vurulub Mədəniyyət

“Nizami Gəncəvi ili”nə həsr olunan onlayn şeir müsabiqəsinə yekun vurulub

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında keçirilən müsabiqədə 87 şagird iştirak edib. Noyabrın 10-dan 25-nə kimi davam edən müsabiqə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.3. yarımbəndinin icrasının təmin edilməsi, Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd olunması, dahi şairin ədəbi-bədii və fəlsəfi irsinin gənc nəsil arasında təbliği, istedadlı uşaq, yeniyetmə və gənclərin üzə çıxarılması və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədi daşıyıb.
Gənclər və İdman İdarəsi münsiflər heyətinin qərarına əsasən müsabiqənin nəticələrini təqdim edir.

Uşaqlar arasında:

I yer - Kənan Abdulov (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
II yer – Nuray Bayramova (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
III yer – Ayan Talıblı (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
III yer – Mirhidayət Kazımov (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
Fərqlənənlər:
Aydan Qurbanova (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Nübar Tağızadə (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
Səma Nəcəfli (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Xədicə Quliyeva (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Sevil Muradlı (şəhər 6 saylı məktəb-liseyin şagirdi)
Zümrüd Atakişiyeva (şəhər 2 saylı tam orta məktəbin şagirdi)
Zeynəb İsmayılova (şəhər 6 saylı məktəb-liseyin şagirdi)
Səbirə Həsənli

Yeniyetmələr arasında:

I yer – Xoşbəxt Muradlı (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
II yer – Nigar Manaflı (şəhər 4 saylı tam orta məktəbin şagirdi)
III yer – Firuzə Həmzəyeva (şəhər 4 saylı tam orta məktəbin şagirdi)
III yer – Lalə Həsənova (şəhər 5 saylı tam orta məktəbin şagirdi)

Fərqlənənlər:
Alim Məmmədli (şəhər 6 saylı məktəb-liseyin şagirdi)
Gülər Kərimova (Böyük Həmyə kənd tam orta məktəbin şagirdi)
Günal Məcidsoy

Gənclər arasında:

I yer – Sənubər Qurbanova (şəhər 1 saylı tam orta məktəbin şagirdi)
II yer – Güllü Hacıyeva (şəhər 3 saylı tam orta məktəbin şagirdi)
III yer – Nəzrin Ağamalıyeva (Böyük Həmyə kənd tam orta məktəbin şagirdi)
III yer – Ayşən Əkbərova (Balaca Həmyə kənd tam orta məktəbin şagirdi)

Bütün iştirakçılara müsabiqədə fəal iştirak etdiklərinə görə idarə adından öz təşəkkürümüzü bildirir, gələcək müsabiqələrdə uğurlar arzulayırıq.

Cavid