

9 Sentyabr 17:13
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
ABŞ prezidenti D.Tramp Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini istisna etməyib. D.Tramp Çin sədri ilə müzakirələr aparacaq. Həmçinin Rusiya prezidenti V. Putinlə də görüşə hazır olduğunu vurğulayıb. ABŞ prezidenti bununla Rusiya güzəştə getmək istəyirsə, görüşə bilərəm mesajını vermiş oldu.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O, qeyd edib ki, Rusiyanın Ukrayna müharibəsində bir halda güzəştə getməsi mümkün ssenaridir: "Birinci, Xerson, Xarkov və Zaparoji regionlarından çəkilməsi. İkinci, Donbasi tam nəzarətdə saxlamaq. Üçüncü, Ukraynanın Kurskdan çıxması. Dördüncü, Rusiyaya qarşı sanksiyalarin götürülməsidir. Həmçinin Ukrayna qoşunlarının Rusiyanın çıxdığı əraziyə yerləşməməsi. Moskva rəhbərliyi əlavə şərtlər irəli sürmərsə, atəşkəsə gedilə bilər.
Təbii ki, tərəflər arasında kardinal şəkildə fikir ayrılıqları var. Xüsusilə Rusiya öz təsir dairəsinin tanınmasını tələb edir. Rusiya maksimum çalışacaq ki, Vaşinqtonla danışıqlarda Krim, Donbas və Mariopulu rəsmiləşdirsin. Krim istisna olmaqla, Donbasla bağlı mövqelərdə ziddiyyətlər qalacaq. Rusiya güzəştə getməyəcəksə, sanksiyalar qüvvədə qalacaq və Ukraynaya hərbi yardımlar intensivləşəcək. Ukrayna yalnız Qərb bloklarına qosulmamaq kimi güzəştə getməsi mümkündür".
Cavid