5 Yanvar 21:35
1 218
“Vladimir Putinin səsləndirdiyi iddia hələlik öz təsdiqini tapmayıb və buna görə də bu, müəyyən mənada bəhanə kimi qəbul olunur. Nə Ukrayna tərəfi, nə də Avropa və ABŞ-ın kəşfiyyat qurumları bu iddianı təsdiqləyib”.
Bu fikirləri politoloq Oqtay Qasımov “Xalqcebhesi.az”-a açıqlaması zamanı
Onun sözlərinə görə, Beynəlxalq dairələr bildirirlər ki, bu açıqlama hansısa əməliyyatın həyata keçirilməsi üçün bəhanə xarakteri daşıyır və məhz bu səbəbdən də müharibənin davam etdirilməsinə xidmət edir: “Eyni zamanda, Ukrayna ordusu da hərbi fəaliyyətlərini genişləndirir. Lakin Rusiya ilə Ukrayna arasında münasibətlərin hazırkı mərhələdə yoluna qoyulması mümkün görünmür. Mövcud vəziyyətdə diplomatik müstəvidə Ukraynanın atdığı addımlar daha məntiqli təsir bağışlayır. Rəsmi Kiyev sülh razılaşmasının bəndlərinin müzakirəsində daha səmimi mövqe nümayiş etdirməyə çalışır ki, bu da Ukraynanın ABŞ-da və Rusiyanın prosesdən yumşaq şəkildə çəkilməsini istəyən digər qüvvələrlə konflikt yaşamamasına şərait yaradır.Mütəxəssislərin fikrincə, bu proses hələ bir müddət davam edəcək. Ukraynanın Novqorodda və ya digər ərazilərdə Rusiya dövlət başçısına qarşı hücum həyata keçirməsi onun ümumi strategiyasına uyğun hesab edilmir. Çünki Ukrayna, hətta müharibə şəraitində belə, mülki əhalinin sıx yaşadığı əraziləri hədəf almır, daha çox yanacaq və hərbi-logistik infrastrukturu sıradan çıxarmağa üstünlük verir.Buna qarşılıq olaraq, Rusiya əsasən mülki əhalini hədəf alan hücumlar həyata keçirir. Bu isə tərəflərin hərbi taktikalarının fərqli olduğunu göstərir. Mövcud şəraitdə inandırıcılıq amili xüsusi əhəmiyyət daşıyır. Rusiyanın atdığı addımların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması üçün etibar problemini aradan qaldırması vacibdir. Lakin Ukraynaya qarşı həyata keçirilən hücumlar Rusiyanın etibarına ciddi zərbə vurduğundan, bu prosesin olduqca çətin olacağı bildirilir. Nəticə etibarilə, yaxın dövrdə münasibətlərin sağlamlaşması istiqamətində hər hansı ciddi dəyişiklik gözlənilmir”.
Günel Elxan