11:32
224
Güclü leysan yağışları İspaniyanın Qalisiya bölgəsində genişmiqyaslı subasmalara və dağıntılara səbəb olub. Əlverişsiz hava şəraiti nəticəsində körpü və avtomobil yolunun bir hissəsi uçub, torpaq sürüşməsi dəmir yolu xəttini bağlayıb, su küçələri, mağazaları və dayanacaqdakı avtomobilləri basıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İspaniya KİV-ləri fövqəladə hallar xidmətlərinə istinadən məlumat yayıb.
"112 Galicia" xidmətinin məlumatına görə, regionda pis hava şəraiti ilə bağlı 200-dən çox hadisə qeydə alınıb. Onların arasında küçə və yolların su altında qalması, ağacların aşması, torpaq sürüşmələri, eləcə də yaşayış evlərinin, zirzəmilərin və qarajların su basması halları var.
Məryəm Quliyeva