Mikayıl Cabbarov: “Azərbaycan tarixi vəzifələrini öz resursları hesabına həyata keçirib” Gündəm

Mikayıl Cabbarov: “Azərbaycan tarixi vəzifələrini öz resursları hesabına həyata keçirib”

Xalqcebhesi.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ötən illərdə əldə olunmuş iqtisadi nəticələr ölkəmiz qarşısında duran tarixi vəzifələrin həllinə yönəldilib: müdafiə qabiliyyətimiz gücləndirilib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılıb, böyük miqyaslı sosial paketlər reallaşıb və əhalinin rifahı yüksəlib.

Ən mühüm məqam ondan ibarətdir ki, bu vəzifələr borclanmaya müraciət edilmədən, ölkənin öz resursları hesabına həyata keçirilib.

Günel Elxan