Taleh Kazımov: “Strateji valyuta ehtiyatlarımız 88,6 milyard dollara çatıb”
Hindistan HHQ 2027-ci ilin martınadək "Tejas Mk-1A" qırıcılarını təhvil alacaq
Milyonluq dələduzluqda ittiham edilən MTK rəhbəri və direktora hökm oxunub
ABŞ qırıcısı Oman körfəzi üzərindən uçduqdan sonra həyəcan siqnalı verib
12:37
280
Böyük Britaniya Hərbi Dəniz Qüvvələri nəzdində Dəniz Ticarət Daşımalarının Əlaqələndirilməsi Mərkəzi (UKMTO) Hörmüz boğazında yeni insidentin baş verdiyini açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, qurumun məlumatına görə, boğazdan çıxış istiqamətində hərəkət edən tanker naməlum mərmi ilə vurulub. Nəticədə gəminin maşın bölməsində yanğın baş verib.
Xəsarət alanlar barədə məlumat daxil olmayıb, bütün heyət üzvləri təhlükəsiz şəraitdədir.
Tankerə dəyən ziyanın miqyası və mümkün ekoloji zərər hələlik müəyyən edilməyib. UKMTO gəmiləri bu ərazidən keçərkən son dərəcə ehtiyatlı olmağa və şübhəli fəaliyyətlər barədə məlumat verməyə çağırıb.
Məryəm Quliyeva