Mikayıl Cabbarov: “Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir” İqtisadiyyat

Mikayıl Cabbarov: “Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir”

Xalqcebhesi.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, dövlət şirkətlərinin fəaliyyətində mühüm keyfiyyət dəyişikliyi baş verib.

Bu gün bir sıra dövlət şirkətlərinin səmərəli fəaliyyəti, o cümlədən büdcəyə dividend daxilolmaları aparılan islahatların nəticəsidir.

2020-ci ildən etibarən cənab Prezidentin təşəbbüsü ilə dövlət şirkətlərinin sağlamlaşdırılması siyasəti həyata keçirilir.

Holdinq idarəetmə modelinə keçid — Azərbaycan İnvestisiya Holdinqinin və AZCON-un yaradılması, korporativ idarəetmə standartlarının tətbiqi və digər institusional addımlar nəticəsində dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilməkdədir.

Günel Elxan