13:35
434.jpg)
ABŞ-də ləğv edilən aviareyslərin sayı 17 mini ötüb. Bu texniki nasazlıq son 35 ildə ölkədə baş verən ən irimiqyaslı uçuş fasiləsi olub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Flighty" və "Cirium" xidmətlərinin məlumatlarına istinadən məlumat yayıb.
Agentliyin yazdığına görə, uçuşların ümummilli miqyasda dayandırılması ABŞ tarixində üçüncü belə haldır. Ləğv edilən reyslərin sayı 2022-ci ilin qış bayramları zamanı "Southwest Airlines" aviaşirkətindəki texniki nasazlıq səbəbindən 16,9 mindən çox reysin ləğv olunduğu insidentin göstəricilərini də geridə qoyub.
Nasazlıqdan ən çox "American Airlines" zərər çəkib – şirkət cümə günündən bəri 5,3 mindən çox reysi ləğv edib.
Xatırladaq ki, noyabrın 13-də ABŞ Federal Mülki Aviasiya Administrasiyası hava hərəkətinin idarəetmə mərkəzlərindəki rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün uçuşlara dörd saatdan çox müddətə qadağa qoymuşdu. Bu, son 25 ildə uçuşların ümummilli miqyasda ən uzunmüddətli dayandırılması kimi qeydə alınıb. Təkcə cümə və şənbə günləri 10 mindən çox reys ləğv edilib.
ABŞ-nin nəqliyyat naziri Şon Daffi baş verənləri marşrutlaşdırıcıları yükə tab gətirməyən köhnəlmiş hava hərəkətinin idarəetmə sistemindəki problemlərlə izah edib.
Məryəm Quliyeva