12:34
259
ABŞ-yə məxsus beşinci nəsil qırıcı təyyarə Oman körfəzi üzərindən uçduqdan sonra Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə eniş etmək üçün həyəcan siqnalı verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbə bildirib.
"Asiyadan uçan beşinci nəsil "Lockheed Martin F-35A Lightning II" qırıcısı Oman körfəzi üzərindən keçdikdən sonra BƏƏ ərazisinə eniş etmək məqsədilə göyərtədə həyəcan siqnalı verib", - deyə agentliyin həmsöhbəti bildirib. O, bu cür siqnalın verilmə səbəbini dəqiqləşdirməsə də, təyyarənin artıq regiondakı hərbi bazalardan birinə endiyini qeyd edib.
Məryəm Quliyeva