Mikayıl Cabbarov: “Azərbaycan tarixi vəzifələrini öz resursları hesabına həyata keçirib”
Sahil Babayev: “Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələyir”
İordaniya milli təhlükəsizlik səbəbindən “Telegram”ı bloklayacaq
Çin, Rusiya və ABŞ qlobal çağırışlara birgə cavab verməlidir - Pekin
11:53
154
Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi səbəbindən "Brexit"dən sonra qurulan sərhəd məntəqələri ləğv oluna bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu həftə keçiriləcək sammitdə Böyük Britaniya və Aİ idxal olunan məhsullara tətbiq edilən sərhəd yoxlamalarının ləğvi haqqında razılaşmanı qəti olaraq təsdiqləyə bilərlər. Qeyd olunur ki, bu, yumurta, ət və kərə yağı kimi əsas ərzaq məhsullarının La-Manş boğazı vasitəsilə baytarlıq sertifikatları tərtib etmədən və bahalı yoxlamalar riski ilə üzləşmədən yenidən idxal edilməsinə imkan verəcək. Bu səbəbdən sərhəd nəzarət məntəqələrinin operatorları həmin obyektlərə artıq ehtiyac qalmayacağını bildirirlər. Portsmut limanının direktoru Mayk Sellers binaların "ya yenidən profilləşdirilməli, ya da sökülüb torpağın boşaldılmalı olacağını" bəyan edib.
Briyaniya Limanlar Assosiasiyasının qiymətləndirmələrinə görə, operatorlar "Brexit"dən sonra sərhəd infrastrukturunun yaradılmasına və saxlanılmasına təxminən 165 milyon dollar xərcləyiblər. Bununla belə, hakimiyyətin ərzaq qiymətlərinin artmasından ehtiyat etməsi səbəbindən obyektlər praktiki olaraq boş qalıb – Aİ-dən gələn yüklərin yalnız 1-2%-i yoxlamadan keçib. İndi limanlar dövlətdən kompensasiya tələb edirlər.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendumu 2016-cı il iyunun 23-də baş tutmuşdu. Bir neçə illik danışıqlardan sonra krallıq 2020-ci il fevralın 1-nə keçən gecə birliyi tərk etmişdi. 2021-ci il yanvarın 1-də isə bütün Avropa normalarının şamil olunduğu keçid dövrü başa çatmışdı. 2020-ci ilin dekabrında tərəflər kvota və rüsumsuz ticarət zonası nəzərdə tutan "Brexit"dən sonrakı münasibətlər sazişini bağlamışdılar.
Məryəm Quliyeva