Cenaro Qattuzo İtaliya millisinin baş məşqçisi postundan uzaqlaşdırılıb
Mina təhlükəsinə qarşı birgə fəaliyyət mövzusunda ictimai müzakirə keçirilib - FOTO
Prezident səfirlik, daimi nümayəndəlik, konsulluq və fəxri konsulla bağlı əsasnamələri təsdiqləyib
Azərbaycan Qazaxıstan arasında strateji müttəfiqlik münasibətləri müzakirə olunub
29 Yanvar 12:48
3 017
Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Avropa ölkələri Ukrayna münaqişəsinin həlli prosesinə tam şəkildə cəlb olunmalıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Makron çərşənbə günü verdiyi açıqlamada bildirib
“Keçən həftə Əbu-Dabidə başlayan danışıqların gedişini müzakirə etdik. Razılaşdıq ki, Avropalılar müzakirə olunan məsələlərdə tam şəkildə iştirak etməlidirlər,” – bildirib.
Fransa lideri həmçinin Vladimir Zelenski ilə söhbət etdiyini bildirib və Parisin Kiyevi “lazım olduğu müddətcə” dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Makron qeyd edib ki, Fransa Avropa səviyyəsində yeni Rusiya əleyhinə sanksiyalar üzərində işləməyə davam edəcək, məqsəd isə “kölgə donanması” adlandırılan qüvvələrə qarşı mübarizə aparmaqdır.
Məryəm Quliyeva