13:48
980
Suriya və Yaxın Şərqin digər ölkələrindəki kürd problemi regional miqyasda əhəmiyyət kəsb edən məsələdir və ayrıca diqqət tələb edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov XV Yaxın Şərq Konfransında, beynəlxalq diskussiya klubu “Valday”da bildirib.
“Kürd problemi tam miqyasda ortaya çıxıb və bu, yalnız Suriyanı deyil, regionun digər bir çox ölkələrini də əhatə edir. Hazırda Suriyadakı kürdlərlə bağlı baş verən hadisələr də ayrıca müzakirə tələb edir. Bu, regional miqyaslı bir mövzudur”, — deyə nazir vurğulayıb.
Lavrov Suriyada müşahidə olunan “xalqarası birlik və dini-mənəvi razılığın qorunması problemlərinə” diqqət çəkib.
Bundan əlavə, Rusiya XİN rəhbəri regional məsələlərin həlli kontekstində xarici oyunçular arasında əməkdaşlıq tendensiyasına da işarə edib. “Hazırda xarici oyunçular arasında, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikası ilə Yəməndəki konfliktlərin həlli istiqamətində əməkdaşlıq tendensiyasını müşahidə edirik. Biz bunu alqışlayırıq”, — deyə nazir qeyd edib.
Lavrovun sözlərinə görə, Rusiya bu tendensiyanın Suriya məsələsində də davam edəcəyini gözləyir, burada artıq Rusiya, Türkiyə, İran və digər qonşu ölkələrin zəngin əməkdaşlıq təcrübəsi mövcuddur. “Liviya da davamlı diqqət tələb edir, eləcə də İraq, çünki İraqda 2003-cü ildə baş vermiş işğalın nəticələri hələ də aradan qaldırılmayıb. Bu, Liviyada olduğu qədər ümidsiz olmasa da, yenə də ciddi məsələdir”, — deyə Lavrov əlavə edib.
Məryəm Quliyeva