16:16
1 246
İran Prezidenti Məsud Pezeşkiyan Yaponiya Baş naziri Sanae Takaiti ilə söhbəti zamanı bildirib ki, əgər ABŞ təxribatlardan əl çəkərsə, Tehran Vaşinqtonla dialoqu davam etdirməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında bildirilir.
"Prezident İran hökumətinin, xalqının və qüdrətli Silahlı Qüvvələrinin İslam Respublikasının qanuni və ayrılmaz hüquqlarını qorumaq əzmində olduğunu qeyd edib. O, İranın hüquqlarının təmin olunması, regionda sülh və əmin-amanlığın bərqərar edilməsi üçün ədalətli razılaşmaya nail olmaq məqsədilə diplomatik prosesi davam etdirməyə hazır olduğunu vurğulayıb. Pezeşkiyan qeyd edib ki, buna yalnız ABŞ tərəfindən həddindən artıq iddialara və təxribat xarakterli hərəkətlərə son qoyulacağı təqdirdə nail olmaq mümkündür", — deyib.
Pezeşkiyan söhbət zamanı həmçinin bütün ölkələrin ABŞ-ın "dəniz quldurluğunu və beynəlxalq gəmiçiliyə olan təhdidlərini" qətiyyətlə və birmənalı şəkildə pisləməsinin vacibliyini vurğulayıb.
Məryəm Quliyeva