Zelenski: Atəşkəs danışıqlarında Avropa da olmalıdır​​​​​​​ Gündəm

Zelenski: Atəşkəs danışıqlarında Avropa da olmalıdır​​​​​​​

Ukraynadakı münaqişədə atəşkəs məsələsinə dair mümkün görüşdə Avropa tərəfi də iştirak etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bunu Tallində Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib, onun sözlərini “Avropeyskaya pravda” sitat gətirir.

“Atəşkəsin baş tutması üçün, mənim fikrimcə, liderlər səviyyəsində görüşün keçirilməsi daha yaxşı olar. Kimlər? Sözsüz ki, Ukrayna, Rusiya və mütləq Avropa. Arzuolunandır ki, Avropa və Amerika Birləşmiş Ştatları olsun. Niyə məhz Avropa? Çünki biz Avropadayıq. Cavab budur”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri dronlar səbəbindən Moskva və Kiyev arasındakı münaqişədən zərər çəkirlər. Bununla əlaqədar olaraq, Avropa danışıqlarda mütləq iştirak etməlidir. Eyni zamanda, Zelenski qeyd edib ki, Ukraynanın “bütün bunlara iradəsi var” və bütün məsələ Rusiyanın buna iradəsinin olub-olmamasındadır.

Məryəm Quliyeva