07:33
448
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu həmişəkindən daha soyuq qarşılayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, yəhudi dövlətinin hökumət rəhbəri aylarla Amerika lideri ilə görüşə nail olmağa çalışıb və nəhayət Vaşinqtona gəldikdə "əvvəlki səfərlərindəki ilə müqayisədə nüfuz və təsirini xeyli itirmişdi". Qeyd olunur ki, İrana qarşı uzanan hərbi əməliyyatlar səbəbindən Netanyahu Tramp tərəfindən daha az səmimiyyətlə qarşılanıb. İslam Respublikasına qarşı hərbi əməliyyatlar Trampın gözlədiyindən xeyli uzun çəkir və Netanyahunun ABŞ-yə səfəri ərəfəsində Ağ Ev rəhbəri yaxın ətrafı ilə söhbətlərində İsrail baş nazirindən narazılığını bildirib, — deyə qəzet vurğulayır.
Məryəm Quliyeva