"Türkiyə İsrail üçün İran, Livan, Qəzza deyil" Gündəm

"Türkiyə İsrail üçün İran, Livan, Qəzza deyil"

İsrail heç vaxt Türkiyə ilə münaqişə girməyə cəhd edə bilməz, bunun üçün onda füc yoxdur.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Füzuli Kərimov deyib.

Xatırladaq ki, İsrail Baş naziri Benyamin Netanyahu Türkiyənin Suriyada hərbi baza qurmasına imkan verməyəcəklərini deyib.

O, qeyd edib ki, İsrail Türkiyənin regiondakı gücündən ehtiyat edir: "İsrail Türkiyənin Suriyada demokratik quruculuğuna dəstəyini istəmir, istəmir ki, bölgədə sülh, barış olsun, Suriya güclənsin. İsrail terrorla mübarizə altında Livana, Suriya və hətta İraqa hərbi zərbələr endirir, bu qəbuledilməzdir. Başqa ölkənin ərazisinə daxil olmaq beynəlxalq qanunlara ziddir. Türkiyənin Suriyada hərbi baza qurmaq istəməsi İsraili ona görə narahat edir ki, Suriya torpaqlarında da gözü var. Amma İsrail yaddan çıxarmamalıdır ki, Türkiyə onun üçün İran, Livan, Qəzza deyil".

Cavid