24 Avqust 19:34
24 Avqust 17:07
24 Avqust 13:58
08:32
357
Ukrayna Prezidentinin bəyanatına əsasən, bu, ötən yay ABŞ-da hazırlanmış planın yenilənmiş versiyasıdır. Planın özü rəsmi şəkildə təqdim olunmasa da, onun əsas müddəaları məlum idi:
• təmas xətti boyunca atəşkəs; • hər iki tərəfin qoşunlarının geri çəkilməsi və demilitarizasiya olunmuş zonanın yaradılması — güman ki, Donetsk və Zaporojye vilayətlərində.
• ABŞ həmin ərazidə təhlükəsizliyin təmin edilməsi və təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyacaqdı – bu, Cənubi Qafqazdakı TRIPP layihəsinə bənzər bir yanaşmadır;
• Zaporojye AES-dən (hazırda Rusiya nəzarətindədir) alınan elektrik enerjisi və Dnepr çayının suyundan istifadə etməklə nadir torpaq metallarının hasil edilməsi, ardınca isə bu məhsulların Amerika şirkətləri tərəfindən Azov dənizi limanları (hazırda Rusiya nəzarətindədir) vasitəsilə ixrac olunması.
Bunu xalqcebhesi.az-a Ukrayna Milli Strateji Araşdırmalar İnstitutunun direktor müavini, iqtisad elmləri doktoru, politoloq Vyaçeslav Potapenko deyib.
O, qeyd edib ki, Ukraynanın əvvəlki Baş naziri ilə ABŞ-ın maliyyə naziri arasında 2025-ci ilin yayında imzalanmış "Mineral Sazişi" çərçivəsində bu layihələrin həyata keçirilməsi, Rusiyanın müvəqqəti işğalı altında olan Ukrayna ərazilərində istehsalın, həmin ərazilər üzərində Rusiya yurisdiksiyası hüquqi baxımdan tanınmadan leqallaşdırılmasına və eyni zamanda hərbi əməliyyatların davam etməsinin qarşısının alınmasına imkan verəcək bir addım kimi nəzərdə tutulmuşdu:
"Məlumatlara görə, bu plan bir il əvvəl Alyaskada müzakirə olunmuş və bütün tərəflərə öz nüfuzlarını qoruyub saxlamaq imkanı təklif etmişdi. Lakin plan nə Ukrayna, nə də Rusiya tərəfindən qəbul edildi".
Xatırladaq ki, Zelenski bildirib ki, Rusiyanın hərbi əməliyyatları davam etdirmək əzminə baxmayaraq, Ukrayna ABŞ və Avropadakı tərəfdaşları ilə birlikdə müharibəyə son qoymaq məqsədilə bir sıra təkliflər hazırlayıb. O qeyd edib ki, Kiyev bu plan üzərində ABŞ Prezidenti Donald Trampın nümayəndələri və Avropa rəsmiləri ilə əməkdaşlıq şəraitində işləyib. Zelenskinin sözlərinə görə, plan atəşkəsi, Rusiya və Ukrayna qoşunlarının cəbhə xəttindən qarşılıqlı şəkildə geri çəkilməsini və bufer zonasının yaradılmasını nəzərdə tutur. "Bildiyimiz qədərilə, Amerika tərəfinin başqa ideyaları da var. Onlar bunları təqdim etmək üçün doğru məqamı seçmək istəyirlər. Biz onları gözləyirik", - deyə Zelenski əlavə edib.
Cavid