24 Avqust 19:34
24 Avqust 17:07
24 Avqust 13:58
08:27
343
Hazırda İran yaxınlığında əməliyyat tapşırıqlarını yerinə yetirməyə davam edən ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) qruplaşmasına azı 20 döyüş gəmisi daxildir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun informasiya xidmətinin məlumatlarında bildirilir.
Məlumata görə, Ərəbistan dənizində, İran sahillərindən cənub-şərqdə iki aviadaşıyıcı — "USS George Bush" və "USS George Washington" döyüş növbəsi çəkir. Bunlardan sonuncusu keçən həftə ABŞ-dəki bazaya qayıdan "USS Abraham Lincoln" aviadaşıyıcısını əvəzləmək üçün bölgəyə gəlib. Onların göyərtəsində ümumilikdə 100-dən çox qırıcı, radioelektron mübarizə və uzaq radioradarı aşkarlama təyyarələri yerləşir.
Aviadaşıyıcılarla birlikdə bölgədə, o cümlədən Hörmüz boğazından şərqdə yerləşən Oman körfəzində 1600 km mənzilə malik "Tomahawk" qanadlı raketləri ilə təchiz olunmuş bir kreyser və 12 esmines yerləşdirilib. Daha iki raket esminesi isə Qırmızı dənizdə və Hind okeanında yerləşir.
Oman körfəzində həmçinin üç böyük desant gəmisindən ibarət amfibiya-desant qrupu yer alır. Onların göyərtəsində təxminən 2200 nəfərlik dəniz piyadalarının 11-ci ekspedisiya dəstəsi, habelə vertikal uçuş və eniş edən F-35 qırıcılarının iki eskadronu, konvertoplanlar, zərbə və nəqliyyat helikopterləri və desant katerləri var.
Bununla yanaşı, ABŞ HDQ-nin İran yaxınlığında yerləşən qruplaşmasının tərkibinə ekspedisiya dəniz bazası olan "USS Miguel Keith" gəmisi də daxildir.
Döyüş patrulu ilə yanaşı, ABŞ HDQ-nin gəmiləri İran limanlarının dəniz blokadası rejiminin təmin olunmasına cəlb edilib.
Məryəm Quliyeva