Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib - FOTO Hadisə

Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib  - FOTO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkın Şahbuz rayonu ərazisində “İrimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı idarəetmənin və qarşılıqlı fəaliyyətin təşkili” mövzunda yanğın-taktiki təlim keçirilib.

Təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Naxçıvan şəhər, Şahbuz, Babək rayon Dövlət Yanğından Mühafizə hissələrinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin Şahbuz rayon xilasetmə bölməsinin qüvvələri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd irimiqyaslı meşə, çöl yanğınlarının lokallaşdırılması və söndürülməsi zamanı qarşılıqlı əlaqənin təşkili, çətin relyefli ərazilərdə ən ekstremal vəziyyətdə yanğınsöndürənlərin, xilasedicilərin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və bacarıqlarının gücləndirilməsindən ibarət olub.

Təlimin nəzəri hissəsində məşğələ keçirilib, plan barədə məlumat verilib.

Praktiki hissəsində ilkin olaraq ərazidə hidrometeoroloji və yanğın kəşfiyyatı aparılıb, idarəetmə və qarşılıqlı əlaqə təşkil olunub. Baş verən şərti yanğın yerinə operativ çatan yanğından mühafizə bölmələri tərəfindən “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib. Yanğının yayılmasının qarşısının alınması üçün minerallaşdırılmış zolaqlar yaradılıb.

Uğurla keçən təlimdən sonra əldə edilən nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib - FOTO Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib - FOTO Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib - FOTO Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib - FOTO Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib - FOTO Şahbuz rayonunda meşəlik ərazidə yanğın-taktiki təlim keçirilib - FOTO