24 Avqust 19:34
24 Avqust 17:07
24 Avqust 13:58
08:24
371
Tehran ABŞ sanksiyalarına müqavimət göstərməyə tam hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın maliyyə naziri Əli Mədənizadə bazar ertəsi "IRINN" telekanalına müsahibəsində bildirib.
"Görünür, ABŞ növbəti uğursuz cəhdini etmək qərarına gəlib. Biz bunu çoxdan gözləyirdik və onların planlarından yaxşı xəbərdar idik. Hökumətin ikiillik planı var və hadisələrin bu cür inkişafına tam hazırdır", – deyə Mədənizadə bildirib.
Rəsmi şəxs ABŞ-ni İrana qarşı "iqtisadi terrorizmə əl atmaq" cəhdində ittiham edib.
"Bizim də öz alətlərimiz var və bu oyunu necə aparacağımızı bilirik", – deyə o qeyd edib.
Bununla yanaşı, Mədənizadə ABŞ-nin İranın cavabının "xalis müdafiə xarakterli olacağına və yalnız müdafiə olunacağımıza" ümid etməməli olduğunu bəyan edib.
"Onlar həmçinin hücuma keçəcəyimizə də hazır olmalıdırlar", – deyə nazir vurğulayıb.
Məryəm Quliyeva