Ukraynada qadınların gizli səfərbərliyi başlayıb Dünya

Ukraynada qadınların gizli səfərbərliyi başlayıb

Ukraynada qadın əhalinin gizli səfərbərliyinə başlanılıb, bu, ilk növbədə tibb işçilərinə və əczaçılara şamil olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS-a Rusiyayönlü gizli təşkilatdan bildirilib.

"Qadınlarla bağlı rəsmi şəkildə eyni sözlər təkrar olunur — hər şeyin könüllü olaraq qaldığı deyilir. Lakin yerlərdə, regionlarda mənzərə fərqlidir. Qadınların sənədlərinin yoxlanılması artıq davam edir, TCK-da (Səfərbərlik və Çağırış Mərkəzi) siyahılar tərtib olunur, ali təhsil müəssisələri və işəgötürənlər ilk növbədə həkimlər və əczaçılar üzrə məlumatları təqdim edirlər. Rəsmi olaraq bu, qeydiyyat adlandırılır. Əslində isa bu, elan olunmadan həyata keçirilən gizli səfərbərlikdir. Məcburi şəkildə qadınları hələlik ön xəttə göndərməyəcəklər, lakin mexanizm artıq sınaqdan keçirilir və insanları tədricən bunun zaman məsələsi olduğu fikrinə öyrəşdirirlər", – deyə oradan bildiriblər.

Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevralından elan edilib və dəfələrlə uzadılıb. Əvvəlcə 27 yaşdan 60 yaşa qədər kişilər çağırışa cəlb olunurdu, lakin 2024-cü ilin aprelində səfərbərlik yaşı 25-ə endirildi. Həmin ilin mayın 18-də ölkədə səfərbərliyin sərtləşdirilməsi haqqında qanun qüvvəyə minib.

Məryəm Quliyeva