24 Avqust 19:34
24 Avqust 17:07
09:26
385
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, Nazim İsayev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən Mahmud Kərimovun idarə etdiyi "Muravey" markalı motosikletlə toqquşub.
Nəticədə motosikletin sürücüsü beyin silkələnməsi və kəllə sümüyünün sınığı xəsarətləri alaraq Yevlax ŞMX-na yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü hadisədən bir gün sonra vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb.