24 Avqust 19:34
24 Avqust 17:07
24 Avqust 13:58
08:17
392
ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı ticarət embarqosunun qüvvədə olma müddətini daha bir il uzadıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Trampın ABŞ Federal Reyestrinin saytında dərc olunmuş memorandumunda bildirilir.
"Mən bu səlahiyyətlərin Kuba ilə bağlı qüvvədə olma müddətini 2027-ci il sentyabrın 14-dək bir il müddətinə uzadıram", – deyib.
Sənəddə qeyd edildiyi kimi, "bu səlahiyyətlərin Kuba barəsində bir il ərzində tətbiqinin davam etdirilməsi Birləşmiş Ştatların milli maraqlarına cavab verir".
ABŞ-nin Kubaya qarşı iqtisadi embarqosu 1960-cı illərin əvvəllərindən qüvvədədir.
Son aylarda Tramp administrasiyası siyasi kursunu dəyişməyə inandırmaq üçün Havanaya təzyiq göstərməyə çalışır.
Xüsusilə, ABŞ Kubaya qarşı bir sıra əlavə sanksiyalar tətbiq edib və bu ölkəyə enerji resurslarının tədarükünə mane olmaq üçün blokada yaradıb.
Məryəm Quliyeva