Qlobal fond bazarlarının əsas indeks göstəriciləri Dünya

Qlobal fond bazarlarının əsas indeks göstəriciləri

Qlobal fond bazarlarında əsas indekslərdə qarışıq dinamika müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-da Dow Jones indeksi 140,15 bənd və ya 0,26% artaraq 53 417,16 bəndə yüksəlib. S&P 500 21,51 bənd və ya 0,28% azalaraq 7 652,86 bəndə, Nasdaq Composite isə 200,27 bənd və ya 0,76% geriləyərək 25 980,19 bəndə düşüb. NYSE Composite 0,01% azalıb, Kanadanın S&P/TSX Composite indeksi isə 0,26% yüksəlib.

Avropada Euro Stoxx 50 0,22%, Almaniyanın DAX indeksi 0,11%, Fransanın CAC 40 indeksi 0,37% geriləyib. Böyük Britaniyanın FTSE 100 indeksi 0,35%, İspaniyanın IBEX 35 indeksi isə 0,69% artıb.

Asiya-Sakit okean regionunda Yaponiyanın Nikkei 225 indeksi 0,11%, TOPIX 0,33%, Avstraliyanın S&P/ASX 200 indeksi 0,63% yüksəlib. Honq-Konqun Hang Seng indeksi 0,18%, Çinin CSI 300 indeksi 0,60% geriləyib. MSCI AC Asia Pacific indeksi isə 1,20% azalaraq 273,77 bənd təşkil edib.
Qeyd edək ki, qlobal fond bazarlarındakı qarışıq dinamika investorların ABŞ Federal Ehtiyat Sisteminin gələcək faiz siyasətinə dair gözləntiləri, iri texnologiya şirkətlərinin səhmlərindəki hərəkətlər və qarşıdakı korporativ maliyyə nəticələri fonunda risklərə daha ehtiyatlı yanaşması ilə əlaqələndirilir.