Göygöldə yük maşını piyadanı vurub Hadisə

Göygöldə yük maşını piyadanı vurub

Göygöldə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Rəhman Allahverdiyev idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini arxaya doğru hərəkət etdirərkən yol kənarında dayanmış piyada 1963-cü il təvəllüdlü İman Məmmədovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.