16:24
567
sveç Krallığında ölkənin qanunverici orqanı olan Riksdaqa, eləcə də 21 regional və 290 bələdiyyə şurasına növbəti ümumi seçkilər keçirilib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, səsvermənin yekun nəticələrinə əsasən, İsveçin müxtəlif aparıcı siyasi partiyalarını təmsil edən 6 nəfər soydaşımız müvafiq orqanlara seçilərək mandat əldə edib.
Belə ki, İsveç Sosial-Demokrat Fəhlə Partiyasının üzvü və partiyanın nəqliyyat siyasəti üzrə rəsmi sözçülərindən biri Aylin Nuri İsveç Parlamentinə deputat seçilib. Mərkəz Partiyasının üzvü Aidə Kərimli isə seçkilərin nəticəsində Västra Götaland Region Şurasının üzvü və İsveç Parlamentinin deputatı olub.
Mərkəz Partiyasının üzvü Turan Əliyev Partille Bələdiyyə Şurasına, Yaşıllar Partiyasının Haninge təşkilatının rəhbəri Aytac Quliyeva Haninge Bələdiyyə Şurasına, Mühafizəkarlar Partiyasının üzvləri Aygün Ələkbərova Älvkarleby Bələdiyyə Şurasına, Rihad Ələkbərov isə Gävle Bələdiyyə Şurasına seçkilərdə qalib gəliblər.
Soydaşlarımızın İsveçin müxtəlif siyasi partiyalarına üzvlüyü və fərqli səviyyələrdə seçkili orqanlarda təmsil olunması onların ölkənin ictimai-siyasi həyatında fəal iştirakının göstəricisi kimi qiymətləndirilib.