Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər Gündəm

Ərdoğan və Putin Qara dənizdə təhlükəsizliyi müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin telefon danışığı zamanı Qara dənizdə təhlükəsiz gəmiçiliyin təmin edilməsi məsələsini və Ukrayna münaqişəsinin tənzimlənməsi mövzusunu müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

"X" sosial şəbəkəsində dərc olunan məlumatda söhbətin "regional və qlobal məsələlərə" toxunduğu vurğulanır.

"Prezident Ərdoğan Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üzrə həyata keçirilən təşəbbüslərin vacibliyini vurğulayıb", - deyə Türkiyə Prezidentinin dəftərxanasından bildirilib.

Ərdoğan həmçinin Rusiya və Ukrayna arasında birbaşa təmasların təşkilinə vasitəçilik etməyə hazır olduğunu ifadə edib.

O, Putini ad günü və sentyabrda Dövlət Dumasına keçirilən seçkilər münasibətilə təbrik edib.

Məryəm Quliyeva