“Azərpoçt” J2-8243 reysinin anımına həsr olunmuş poçt markasının dünyada yayılmasına çalışacaq
Naxçıvanda dövlət qurumlarının inormasiya təhlükəsizliyi rəhbərlərinin toplantısı keçirilir - FOTO
AZAL: Təyyarəsinin vurulması ilə bağlı yekun hesabat hələ təqdim edilməyib
Əli Əsədov: Türk İnvestisiya Fondu strateji əhəmiyyət daşıyır
30 Mart 2022 18:13
6 090
Bakı Beynəlxalq Dəniz Ticarət Limanını region ölkələri üçün nəqliyyat qovşağına çevirmək planlaşdırılır.
Bunu Bakı limanının baş direktoru Taleh Ziyadov ADA Universitetində keçirilən beynəlxalq konfrans zamanı deyib.
Onun sözlərinə görə, bunun üçün daxili infrastrukturu inkişaf etdirmək, qonşu ölkələrlə nəqliyyat əlaqələrini genişləndirmək, eləcə də beynəlxaıq bazarlara çıxış əldə etmək lazımdır.
"Biz daşımaları qlobal səviyyəyə çıxarmağa xidmət edəcək nəqliyyat qovşağının yaradılmasını istəyirik", - deyə o bildirib.
T.Ziyadov qeyd edib ki, Azərbaycan neft gəlirlərini səmərəli şəkildə bölüşdürərək özünün çoxtərəfli gələcəyini inşa etməkdədir.
O əlavə edib ki, Qafqaz regionu ölkələri arasında növbəti 10 il ərzində qlobal ticarətdə yaxşı ticari-iqtisadi dinamika olacaq.