Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
18 May 2022 10:58
5 775
“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
"APA-Economics" xəbər verir ki, QSC-nin xalis zərəri 3% azalaraq 76,4 milyon manat olub. Belə ki, 2019-cu ildə şirkət 78,7 milyon manat xalis zərər açıqlamışdı. Ümumilikdə, AZAL-ın yığılmış zərəri 1,7 milyard manata çatıb.
2020-ci ildə aviaşirkətin daşımalar üzrə və digər gəlirləri 335,2 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar hökumətdən aldığı subsidiyalar 232,8 milyon manat, əməliyyat xərcləri 540,2 milyon, maliyyə xərcləri 83,9 milyon manat, xarici valyuta mübadiləsindən zərəri 9,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 10,2 milyon manata bərabər olub.
QSC-nin aktivləri 5% azalaraq 1,978 milyard manata, öhdəlikləri 1,5% azalaraq 2,757 milyard manata enib. Cəmi kapitalı isə 779,760 milyon manata (9% çox) çatıb.
25 Oktyabr 17:37
1 176
25 Oktyabr 14:18
1 435
25 Oktyabr 14:17
1 253