“Avropaya qaz ixracatımız 50 faizdən çox artıb” İqtisadiyyat

“Avropaya qaz ixracatımız 50 faizdən çox artıb”

“Rəqəmlər də göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsziliyinin formalaşmasına töhfəsi genişlənməkdədir. 2021-ci ildə Azərbaycan bütövlükdə 19 milyaard kubmetr mavi qaz ixrac edib. Bu müddətdə Avropaya 8,2 milyard kubmetr qaz göndərilib. Bu ilin ilk 8 ayında isə Avropaya qaz ixracatımız 50 faizdən çox artıb və illik nəqlin 11.5 milyard kub metrə çatacağı gözlənilir. Bütövlükdə isə, Azərbaycan bu il 22 milyard kubmetr qaz ixrac etmək niyyətindədir”. Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, İGB vasitəsi ilə bu il Bolqarıstana 440 milyon kubmetr qaz nəqli planlaşdırılır: “Bu rəqəmin daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3.5 milyard kubmetrdən 5.5 milyard kubmetrdək artırılması isə Macarıstan, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər.
Bütövlükdə, Azərbaycan Prezidentinin son səfəri ölkəmizin regional geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdi”.