“Təmiz Şəhər“ ASC-yə beynəlxalq sertifikatlar verilib İqtisadiyyat

“Təmiz Şəhər“ ASC-yə beynəlxalq sertifikatlar verilib

Tural

"Təmiz Şəhər" ASC-yə idarəetmə sistemlərinin beynəlxalq standartlara cavab verdiyinə görə ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim olunub. Avstriyanın Texniki Nəzarət Təşkilatı (TÜV) tərəfindən təqdim edilmiş ISO 14001 sertifikatı "Ətraf Mühiti İdarəetmə Sistemi"nin beynəlxalq tələblərə uyğunluğunu, OHSAS 18001 sertifikatı isə "Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi"nin ən yüksək standartlara cavab verdiyini göstərir. "Təmiz Şəhər" ASC-nin bu sertifikatları alması qurumda ətraf mühitə və işçilərə göstərilən diqqətin bariz nümunəsidir.
Qeyd edək ki, Avstriyanın TÜV şirkətinin Azərbaycan təmsilçiliyi "Təmiz Şəhər" ASC-də idarəetmə sisteminin adekvatlığının qiymətləndirilməsi və uyğunluğunun yoxlanılması üzrə auditlər keçirib. Həmin auditlərin nəticəsi müsbət qiymətləndirilib və "Təmiz Şəhər"ə qeyd olunan sertifikatların verilməsi barədə qərar qəbul olunub. "Təmiz Şəhər" ASC 2013-cü ildə "Bərk məişət tullantılarının idarə edilməsi fəaliyyəti üzrə" ISO 9001 sertifikatı alıb. Bu, müəssisənin məhsul və xidmətlərinin keyfiyyət standartlarına cavab verdiyini göstərir.