Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
1 Fevral 2023 10:46
3 577
Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi bölgədə kənd təsərrüfatının bərpası və yenidən inkişaf etdirilməsi üçün imkanlar yaradıb.
Trend-in məlumatına görə, bunu bu gün kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova 2-ci Aqrobiznesin İnkişafı Forumunda deyib.
O bildirib ki, əkin dövriyyəsinə yeni ərazilərin daxil edilməsi məhsul istehsalını artırmış olacaq, bölgənin münbit torpaqları taxıl, tərəvəz və meyvə istehsalını artıracaq, heyvandarlığın inkişafına təkan verəcək:
"Hazırda azad olunmuş ərazilərdə həyata keçirilən mühüm infrastruktur layihələri kənd təsərrüfatının inkişafına da dəstək olacaq. Aqrar emal müəssisələrinin inşası bölgədə kənd təsərrüfatının davamlı inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu baxımdan qarşıdakı illər üçün əsas məqsədlərimizdən biri də məhz işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və onların dəyər zəncirlərinə inteqrasiyasıdır".
25 Oktyabr 17:37
1 610
25 Oktyabr 14:18
1 848
25 Oktyabr 14:17
1 652