“Son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kubmetrdən çox qaz ixrac edib”-millət vəkili İqtisadiyyat

“Son 2 ildə Azərbaycan Avropa İttifaqına 20 milyard kubmetrdən çox qaz ixrac edib”-millət vəkili

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib. V.Bayramov bildirib ki, Cənub Qaz Dəhlizi nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır: “Etiraf etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub.

Bu ilki iclas tamamilə fərqli dövrə təsadüf edir. Rusiya-Ukrayna müharibəsinin davam etməsi, Avropada enerji böhranın dərinləşməsi və regionda diversifikasiyanın daha daprioritetləşdiyi dövrdə bu iclas geniş miqyaslı coğrafiyada enerji istiqamətlərinin müəyyənləşdirilməsinə təsir edəcək. Digər tərəfdən, Azərbaycanın Avropanın enerjitəhlükəsizliyindəki rolu artmaqdadır. Ötən ilAzərbaycanın Avropaya qaz ixracatı 39.0 faizartıb. Bütövlükdə son 2 ildə Azərbaycan Avropaİttifaqına 20 milyard kubmetrdən çox qaz ixracedib.

Ötən ilin iyul ayında Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün AnlaşmaMemorandumu imzalandığını nəzərə alsaqbunun üçün qarşıdakı dövrdə istismaraverilməsi planlaşdırılan “Abşeron”, “Ümid”, “Asiman”, “Şəfəq” və “Babək” kimi qazyataqlarının işlənməsi üçün yeni sərmayələrin cəlbi də prioritet olaraq qalmaqdadır.

TAP kəməri vasitəsilə Avropaya ikincimərhələdə 20 milyard kubmetr qaz nəql ediləcək. Bütövlükdə, CQD-nin ötürmə qabiliyyətinin 32 milyard kubmetrə çatdırılması imkanı var. Cənub Qaz Dəhlizi Azərbaycanın regional mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradır. Gələcək illərdə bu layihə regionvə qitə üçün əhəmiyyətli olmaqda davamedəcək”.

Əli