Serbiya yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü planlaşdırır - Nazir İqtisadiyyat
- 3 Fevral 2023 18:52
- 4 410
Serbiya yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü planlaşdırır.
Bu barədə Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında deyib.
"Serbiya enerji təhlükəsizliyini və iqtisadi inkişafı dəstəkləyən bu böyük zəncirin bir hissəsi olmağa çalışır. Ölkə Cənub Qaz Dəhlizinə qoşulmaqla öz təchizat marşrutlarını diversifikasiya edir", - o deyib.
Nazirin sözlərinə görə, Azərbaycan Serbiyanın illik qaz ehtiyacının üçdə birini təmin etməklə diversifikasiya siyasəti baxımından əsas tərəfdaşlardan birinə çevrilə bilər.
"Tədarük şərtləri Serbiya istiqamətində 1,8 milyard kubmetr ötürücülük qabiliyyətinə malik qaz interkonnektorunun inşası ilə paralel şəkildə aparılır. İnterkonnektorun inşasını bu ilin payızınadək tamamlamağı planlayırıq. Yaxın gələcəkdə Azərbaycandan ilk qaz tədarükünü almağı proqnozlaşdırırıq, lakin bu, həm də əlaqədar bütün tərəflər arasında danışıqların sürətindən asılıdır və biz maksimal effektivliyə nail olacağımıza çox ümid edirik", - o qeyd edib.
Fevralın 1-də Bolqarıstan interkonnektorun tikintisinin başlandığını açıqlayıb. Serbiya bu interkonnektor vasitəsilə Azərbaycan qazını əldə edəcək. Bolqarıstanda Novi-İskardan keçərək Serbiyada Niş şəhərinə qədər uzanan boru kəmərinin istismara verilməsi planlaşdırılır. Bolqarıstan 2023-cü ilin oktyabr ayının sonunadək öz ərazisində 62 km uzunluqda interkonnektorun inşasını tamamlamağı planlaşdırır, Serbiya ərazisindən keçəcək interkonnektorun da payızadək hazır olacağı gözlənilir.
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Bu irimiqyaslı layihə enerji marşrutlarının və mənbələrinin diversifikasiyasına yönəlməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə şərait yaradır. Layihənin dəyəri 45 milyard dollar proqnozlaşdırıldığı halda 33 milyard dollar təşkil edib. CQD layihəsinin kapital xərclərini 8-10 il ərzində gəlirləri hesabına tamamilə qarşılayacağı gözlənilir.
-
Abad məhəllələrdəki Novruz şənlikləri davam edir
-
Azərbaycanda kərə yağı istehsalı idxalı 42% üstələyib
-
Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət etdi
-
Silahlılar daha yüz adamı oğurlayıblar
-
Rusiya daha hərbçisini itirib
-
Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin həcmi açıqlandı
-
FHN-dən əhaliyə ÇAĞIRIŞ
-
ABŞ senatoru bildirib ki, hər yaşda olan ukraynalılar orduda xidmət etməlidirlər
-
Qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərin NƏZƏRİNƏ
-
Rayonlara qar yağıb - FAKTİKİ HAVA
-
Abşeronda maşın yandı
-
Ronaldu İsveçlə oyunu buraxacaq
-
Bakıda 50 yaşlı qadın faciəvi şəkildə öldü
-
Bu günə olan valyuta məzənnələri
-
Bakıda market yandı - VİDEO
-
Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq
-
Polşadakı baza Amerikanın MQ9 Reaper İHA ilə əlaqəni kəsdi
-
ABŞ gülüş obyektinə çevrilib
-
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
-
Səhiyyə Nazirliyi əhaliyə MÜRACİƏT ETDİ
-
Azərbaycan nefti bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva İlaxır çərşənbə münasibətilə paylaşım edib - FOTO
-
Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilib - FOTO
-
DYP hərəkət iştirakçılarına hava ilə bağlı müraciət edib
-
Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb
-
Büdcənin icrasında 7 faiz profisit yaranıb
-
Braziliyada anomal istilər davam edir
-
Bakıda mağazada yanğın baş verib
-
Pakistanda güclü zəlzələ baş verib
-
Ağdaşda üçmərtəbəli binada yanğın olub
-
Şabranda ağır yol qəzası baş verib
-
Ukrayna hökuməti PUA alınmasına 130 milyon dollar ayırıb
-
Nigeriyada silahlı şəxslər daha yüz adamı oğurlayıblar
-
Belçikalı futbolçu Avropanın 5 nəhənginin hədəfində
-
Zədə dünya çempionunu yığmadan kənarda qoyub
-
İraq neft ixracını azaldacaq
-
Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
-
Bu gün Torpaq çərşənbəsidir
-
Sülhü və tolerantlığı tərənnüm edən bayram
-
M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək
-
"Qlobal Təkrar Emal Günü”ndə “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə məlumat turu təşkil olunub - VİDEO
-
HƏMAS-ın rəhbər şəxslərindən biri öldürülüb
-
Neftçalada brakonyerliklə məşğul olanlar saxlanılıb
-
Azərbaycan Ordusu azad edilmiş ərazilərdə öz mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Azərbaycan və NATO arasında rasional münasibətlər mövcuddur - ŞƏRH
-
Dərman vasitələrinin farmakonəzarət qaydası dəyişdi
-
Bərdədə it dişləyən azyaşlının SON VƏZİYYƏTİ (YENİLƏNİB)
-
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddi və əməkhaqqı fondu artırılıb
-
Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması qaydaları dəyişdi
-
Naxçıvanda keçmiş vəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan dövlət sərhədindən buraxılış məntəqələrinin sayı ARTIB
-
Sərnişin daşımalarıyla bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği TƏSDİQLƏNDİ
-
Ölkəyə idxal edilən tütün və tütün məmulatlarının dəyəri azalıb
-
Paytaxt Bakıda Novruz şənlikləri
-
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb
-
Vladimir Putin prezident seçkilərində 87,28 səs toplayıb
-
Azərbaycan və Gürcüstan Avrasiya üçün önəmli ölkələrə çevrilib - Sevil Mikayılova
-
Bukinqem sarayı kral III Çarlzın ölümü barədə yayılan yalan xəbərləri təkzib edib
-
Ukrayna 557 təyyarəsini itirib
-
Azad olunmuş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı məlum olub