“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
3 Fevral 2023 21:01
4 809
Azərbaycanın hava limanları beynəlxalq aviaşirkətlərin yeni reyslərini qəbul etməyə hazırlaşır
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanın beynəlxalq hava limanları xarici aviaşirkətlərlə əməkdaşlığı genişləndirir.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib. Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur.
Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir.
Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır.
30 Dekabr 2025 17:05
2 016
30 Dekabr 2025 16:41
2 100
30 Dekabr 2025 16:22
2 135