Kreml: Rusiya ilə qaz qovşağının yaradılması hazırda Ankara üçün prioritet deyil İqtisadiyyat

Kreml: Rusiya ilə qaz qovşağının yaradılması hazırda Ankara üçün prioritet deyil

Rusiya və Türkiyə arasında qaz qovşağının yaradılması hazırda Ankara üçün prioritet deyil, proseslərdə yerdəyişmələr ola bilər, lakin bu, planların həyata keçirilməsinə təsir etməyəcək.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
"Təbii ki, indi bu, Türkiyə Cümhuriyyəti üçün prioritet ola bilməz. Biz buna anlayışla yanaşırıq. Buna görə də vaxtla bağlı hansısa yerdəyişmələr ola bilər. Bilirsiniz ki, bu istiqamətdə işlərin çox yüksək templəri var idi. Amma bizim şübhəmiz yoxdur ki, Türkiyə bu fəlakətin öhdəsindən gələcək, zərərçəkənlərə lazım olan bütün yardımları göstərəcək, dağıdılmış şəhərləri bərpa edəcək. Lazım gələrsə, bir çox ölkələr, o cümlədən ölkəmiz bu işdə Türkiyəyə kömək edəcək. Ona görə də, bəli, bu proses bir az gecikə bilər. Amma mahiyyət etibarı ilə bu, planların həyata keçirilməsinə təsir etməyəcək”, - deyə Kremlin sözçüsü vurğulayıb.