ABŞ-ın neft ehtiyatlarına dair məlumatlar fonunda qara qızıl bahalaşır İqtisadiyyat

ABŞ-ın neft ehtiyatlarına dair məlumatlar fonunda qara qızıl bahalaşır

Amerika Neft İnstitutunun (API) ölkədəki neft ehtiyatlarına dair məlumatları dərc olunduqdan sonra bu gün səhər dünyada neftin qiyməti bahalaşmaqdadır.

Sövdələşmə məlumatları bunu sübut edir.

Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 0,22% artaraq bir bareli 78,31 dollara, WTI markalı neftin may fyuçerslərinin qiyməti isə 0,55% artaraq bir bareli 73,6 dollara çatıb.

"İnvestorlar makrostatistikaya diqqət yetirirlər. Belə ki, ötən gecə API ABŞ-da neftin kommersiya ehtiyatlarının dinamikasına öz qiymətini verib. İnstitutun qiymətləndirmə məlumatlarına görə, ötən həftə ehtiyatlar 6,1 milyon barel azalıb, halbuki 187 min barel artım gözlənilirdi. Göstərici ölkənin Energetika Nazirliyi tərəfindən təsdiq olunarsa, bu, il ərzində ehtiyatların ən böyük azalması olacaq", - "Bloomberg" agentliyi yazır.

Rəsmi statistika ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsi tərəfindən bu gün axşam dərc olunacaq. Analitiklər ehtiyatların 92 min barel artmasını proqnozlaşdırırlar, keçən dəfə göstərici gözlənilmədən 1,1 milyon artmışdı.