Azərbaycanda illik inflyasiya proqnozu açıqlandı İqtisadiyyat

Azərbaycanda illik inflyasiya proqnozu açıqlandı

Azərbaycanda ÜDM 0,1 %, qeyri-net ÜDM məhsulu 3,7 % artıb. AMB-nin aprel ayının proqnozlarına görə 2023-cü ilin sonunda ÜDM artımı 1,8-2 % civarında olacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, qeyri-neft ÜDM isə 5,7 %-ə çatacaq. “Bizi narahat edən inflyasiyadır. Aprelin inflyasiyası 12,8 % olub. Burada əsas ərzaq qiymətlərinin artımıdır. Aprelin proqnozlarına əsasən ilin sonunda illik inflyasiya 8,3 % olacaq. Yanvar ayının inflyasiya proqnozu 7,9 % olub.

Bu ilin aprel ayında valyuta ehtiyatlarımız 12 % ataraq 66 milyard ABŞ dollarına çatıb. AMB-nin də ehtiyatları 2,2 % artaraq 9,2 milyard ABŞ dollarına çatıb. Kredit portfelimiz 20 milyard ABŞ dollarına çatıb. Depozit bazamız 5 % dən çox artıb. Kredit portfelinin keyfiyyəti 3,7 %-ə düşüb apreldə. Kredit portfelinin dollarizasiya səviyyəsi tarixi minimuma enib, yəni 9,9 %-ə”, - deyə o əlavə edib.