“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
8 İyun 2023 12:14
4 620
Yaxın zamanda Avropa İttifaqı (Aİ) bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir.
Trend xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Heydər Əliyev və Azərbaycan sahibkarlığı" mövzusunda yerli şirkətlərin sərgisində deyib.
Onun sözlərinə görə, Azərbaycanın qida sektorundakı müəssisələri beynəlxalq standartlara uyğunluq üzərində çalışırlar ki, bu da öz növbəsində Azərbaycan məhsullarının ixracının artırılmasına səbəb olur.
"Hüquqi nöqteyi-nəzərdən ixrac prosedurlarının və xarici bazarlara çıxış üçün tələblərin sadələşdirilməsi üzrə işlər görülür", - o deyib.
Q.Təhməzli həmçinin Azərbaycanın heyvandarlıq məhsullarının ixracı sahəsində də irəliləyişə nail olduğunu qeyd edib.
"Yaxın zamanda Aİ bazarlarına dəniz məhsulları, xüsusən balıq ixracının başlanacağı gözlənilir", - o deyib.
Agentlik sədri kənd təsərrüfatı sahəsində agentlik və sahibkarların istehsal olunan məhsulların təhlükəsizliyi və ixracının təmin edilməsi istiqamətində çalışdığını əlavə edib.
19 Sentyabr 10:22
966
19 Sentyabr 10:21
959
18 Sentyabr 10:02
1 358