Çin Şanxay sahillərindən "İnli-1" raketi ilə 9 peyki orbitə çıxardı
Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postundan getdiyini açıqlayıb
Nyu-York meri Mamdani Netanyahunu BCM-in orderi ilə həbs edə bilməyəcəyini etiraf edib
İranla münaqişədə həlak olan ABŞ hərbçilərinin sayı 18-ə çatıb
Su obyektlərinin dövlət monitorinqini aparacaq qurumlar müəyənləşib
1 Mart 2024 17:23
4 522
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclası çərçivəsində bərpa olunan enerji sahəsində əməkdaşlıq sənədləri imzalanıb.
Trend xəbər verir ki, Energetika Nazirliyi ilə “Nobel Energy” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu Cəbrayıl rayonunda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və elektrik enerjisi istehsalı, satışı və istehlakı üzrə əməkdaşlığı nəzərdə tutur. Sənədə əsasən, 50 MVt-ı ilkin mərhələdə, 50 MVt-ı isə növbəti mərhələdə olmaqla, ümumilikdə 100 MVt həcmində günəş elektrik stansiyasının tikintisi planlaşdırılır.
Energetika Nazirliyi və İspaniyanın “Elecnor” şirkəti arasında da əməkdaşlıq sənədi imzalanıb. Azərbaycanda bərpa olunan enerji layihəsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu Qaradağ rayonunda 70 MVt gücündə külək elektrik stansiyası layihəsinin həyata keçirilməsi sahəsində əməkdaşlığı əhatə edir. Bu çərçivədə külək ölçmə məlumatlarının toplanması və təhlili, həmçinin enerji saxlanc sistemi də daxil olmaqla, külək və günəş enerjisi layihələrinin inkişafı üzrə də əməkdaşlıq ediləcək.







