Mərkəzi Bankın səlahiyyəti azaldılır İqtisadiyyat

Mərkəzi Bankın səlahiyyəti azaldılır

Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir.
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət bank nəzarəti çərçivəsində qanunla müəyyən edilmiş qaydada maliyyə bazarlarına nəzarət orqanı (Maliyyə Bazarlarına Nəzarət Palatası) tərəfindən həyata keçiriləcək.
Maddənin hazırda qüvvədə olan variantına görə, bu səlahiyyət Mərkəzi Banka aiddir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 11-də müzakirəyə çıxarılacaq.