“Burada iki mühüm məsələ diqqəti çəkir” İqtisadiyyat

“Burada iki mühüm məsələ diqqəti çəkir”

“Mərkəzi Bank uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirib və faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlayıb.
Uçot dərəcəsinin endirilməsi inflyasiya səviyyəsinin azalması və bu meyillərin hədəf diapazonu daxilində formalaşması və təbii ki, makro-iqtisadi stabilliyin qorunması ilə bağlıdır”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov qeyd edib. O, bildirib ki, 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı qərarlar qəbul edib: “Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında da əlavə 0.5 faizlik azalmaya getmişdi.
Mərkəzi Bankın son qərarında iki mühüm məsələ diqqəti çəkir: faiz dəhlizinin aşağı həddinin dəyişdirilməməsi və depozit və kredit faizlərinə təsirinin gücləndirilməsi istiqamətində islahatların davam etdirilməsi”.