“Cənub Qaz Dəhlizi BTC qədər strateji layihədir“ İqtisadiyyat

“Cənub Qaz Dəhlizi BTC qədər strateji layihədir“

"Azərbaycan prezidenti ilə Avropa və ABŞ-dakı siyasi dəyişiklikləri müzakirə etdik".
Bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına bağlılığını ifadə edir: "ABŞ Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. ABŞ bu layihəni BTC qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür".
Amos Hokştayn qeyd edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir: "Bu münasibətlər bir çox sahələri əhatə edir".